Sultanova Günay Həbibağa qızı

Müdir

 

29 yanvar 1984-cü ildə Saatlı şəhərində anadan olub. 2001-ci ildə Saatlı rayonunun M.Əzizbəyov adına 2 saylı tam orta məktəbini bitirərək Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə daxil olmuşdur. 2005-ci ildə universitetin bakalavr pilləsini, 2008-ci ildə isə magistr pilləsini bitirmişdir. 

15 avqust 2005-ci ildən Saatlı rayon Valeri Əsgərov adına 4 N-li tam orta məktəbdə Coğrafiya müəllimi kimi  fəaliyyətə başlamışdır. 2008-ci ildən 2011-ci ilədək Saatlı rayon Heydər Əliyev muzeyinin direktoru vəzifəsində, 2011-ci ildən 2012-ci ilin oktyabr ayınadək yenidən Saatlı rayon Valeri Əsgərov adına 4 N-li tam orta məktəbdə Coğrafiya müəllimi və eyni zamanda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, 2012-ci ilin oktyabr ayından isə Bakı şəhərində yerləşən Avropa Azərbaycan Məktəbində ixtisası üzrə fəaliyyətini davam etdirmişdir. Fəaliyyəti dövründə öz peşəkarlığıını artıraraq Coğrafiya fənni ilə yanaşı, MYP (İndividuals and Society), İGCSE (Geography, Enterprise) proqramları üzrə də təcrübə qazanmış və tədrislə məşğul olmuşdur.  

 

13 oktyabr 2020-ci il tarixdən RİHB-nın əmri ilə Saatlı rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub.