29.04.2022

Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbulla bağlı alternativ mərkəzlər fəaliyyət göstərəcək

Saatlı rayon ümumi təhsil müəssisələrinin 1-ci ( birinci) siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək. Elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) təhsil şöbəsində və müvafiq məktəblərdə yaradılmış işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək..

 

Məktəblərdə fəaliyyət göstərəcək Alternativ qeydiyyat mərkəzləri aşağıdakı kimi müəyyənləşmişdir:

1. Saatlı rayon Təhsil şöbəsi - Ünvan Saatlı şəhəri H.Əliyev pr 131, Tel nömrəsi: 0502080710

2. Saatlı şəhər S.Vurğun adına 1 nömrəli tam orta məktəb- Ünvan: H.B.Zərdabi 80, Tel nömrəsi: 0555499322

3. Hacıqasımlı kənd tam orta məktəb - Ünvan: Hacıqasımlı kəndi, Tel nömrəsi: 0514141373

4. Qara Nuru kənd tam orta məktəb - Ünvan: Qara Nuru kəndi, Tel nömrəsi: 0557316773

5 .Nəsimikənd kənd tam orta məktəbi - Ünvan: Nəsimikənd kəndi, Tel nömrəsi: 0506102284

6. Əlisoltanlı kənd tam orta məktəb - Ünvan: Əlisoltanlı kəndi Tel nömrəsi: 504889822

 

I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına mayın 4-dən, Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə isə mayın 6-dan başlanılacaq.

 

6 may 2022-ci il tarixindən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək. Müsahibəyə yazılma mərhələsi mayın 30-da başa çatacaq. Müsahibələrin 10-31 may 2022-ci il tarixlərində ənənəvi formada həyata keçirilməsi nəzərdə tutulur. Müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi mərhələsi isə 11-18 iyun tarixlərində keçiriləcək.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.