11.04.2022

"Antinarkomaniya və erkən nikah" mövzularında maarifləndirici tədbir keçirilmişdir.

08.04.2022-ci il tarixdə Saatlı rayon Polis Şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə F.Şıxəliyev adına Kamallı kənd ümumi orta məktəbində həmin məktəbin və İ.Əliyev adına Hacıqasımlı kənd tam orta məktəbinin yuxarı sinif şagirdlərinin iştirakı ilə "Antinarkomaniya, erkən nikah və dini radikalizm" mövzularında maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Saatlı RPŞ-nin rəisi polis polkovniki A.Tağıyev,  Saatlı RTŞ-nin müdiri G.Sultanova, Saatlı RİH-nin əməkdaşı M. Ağayeva və RMX-nın direktoru P. Məmmədov çıxış edərək şagirdlərin qeyd olunan vərdişlərin fəsadları və cəmiyyətə vurduqları zərərlərin miqyası haqqında ətraflı məlumatlar qeyd edərək  onlardan necə qorunmağın yolları haqqında maarifləndirici tövsiyələr və məlumatlar vermişlər. Tədbir məktəb əməkdaşlarının və şagirdlərin qarşılıqlı diskusiyası şəraitində davam etmişdir və onların mövzu haqqında ünvanladıqları sualların cavablandırılması ilə yekunlaşmışdır.

Tədbir pandemiya qaydalarına əməl edilməklə keçirilmişdir.


Açar sözlər: ,  ,  ,