3 aprel 2022-ci il tarixində ümumtəhsil məktəblərinin 6-7-ci sinif şagirdləri arasında Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilir.
Fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsində 152 şagirdin iştirak etməsi nəzərdə tutulub.
Şagirdlər 11 aprel tarixindən etibarən 2 mərhələdən ibarət olan fənn müsabiqələrinin nəticələrini www.portal.edu.az, www.olimpiada.edu.az saytlarından və təhsil aldıqları ümumtəhsil müəssisələrindən əldə edə bilərlər.