28.02.2022

27.02.2022-ci il tarixdə Saatlı şəhər 2 nömrəli  tam orta məktəbdə Respublika Fənn Olimpiadalarının yarımfinal turu keçirilib.

Yarımfinal turunda Saatlı, Sabirabad və İmişli rayonlarının ümumi təhsil məktəblərinin IX- XI sinif şagirdləri iştirak edib. Yarımfinal turu Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçirilib. Yarımfinal turunda Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə 189 şagird iştirak edib. Respublika fənn olimpiadalarının bu mərhələsində Saatlı rayonu üzrə 79 şagirdin iştirak etməsi nəzərdə tutulmuşdur.

Respublika mərhələsinin yarımfinal turunun nəticələri www.portal.edu.az, www.olimpiada.edu.az saytlarında və iştirakçıların təhsil aldıqları ümumtəhsil müəssisəsələrində 4 mart tarixindən etibarən elan olunacaq.

Qeyd edək ki, RFO “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.