11.02.2022

"Antinarkomaniya, dini radikalizm və erkən nikah" mövzularında maarifləndirici tədbir keçirilmişdir

11. 02. 22-ci il tarixdə Saatlı rayon Polis Şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə Nərimankənd kənd tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə "antinarkomaniya və erkən nikah" mövzularında maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Saatlı RPŞ-nin rəis müavini Əjdər Əliyev, Saatlı RİH-nin əməkdaşı Mehriban Ağayeva, RMX-nın həkimi Adil Mürsəlov və rayon Təhsil Şöbəsinin əməkdaşı Mikayıl Rüstəmov çıxış edərək şagirdlərin qeyd olunan vərdişlərin fəsadları və cəmiyyətə vurduqları zərərlərin miqyası haqqında ətraflı məlumatlar qeyd edərək onlardan necə qorunmağın yolları haqqında maarifləndirici tövsiyələr və məlumatlar vermişlər. Tədbir şagirdlərlə qarşılıqlı diskusiya şəraitində davam etmişdir və onların mövzu haqqında ünvanladıqları sualların cavablandırılması ilə yekunlaşmışdır.

Tədbir pandemiya qaydalarına əməl edilməklə keçirilmişdir.


Açar sözlər: ,  ,