27.01.2022

"Antinarkomaniya, dini radikalizm və erkən nikah" mövzularında maarifləndirici tədbir keçirilmişdir

27.01.2022-ci il tarixdə Saatlı rayon Polis Şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə V. Əzimov adına Qıraqlı kənd tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə "antinarkomaniya, dini radikalizm və erkən nikah" mövzularında maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Saatlı RPŞ-nin rəisi polkovnik Azər Tağıyev,  RMX-nın direktoru Pərvin Məmmədov çıxış edərək şagirdlərin qeyd olunan vərdişlərin fəsadları və cəmiyyətə vurduqları zərərlərin miqyası haqqında ətraflı məlumatlar qeyd edərək  onlardan necə qorunmağın yolları haqqında maarifləndirici tövsiyələr və məlumatlar vermişlər. Tədbir şagirdlərlə qarşılıqlı diskusiya şəraitində davam etmiş və onların mövzu haqqında ünvanladıqları sualların cavablandırılması ilə yekunlaşmışdır.

Tədbir pandemiya qaydalarına əməl edilməklə keçirilmişdir


Açar sözlər: ,  ,  ,