23 noyabr 2021-ci il tarixində Saatlı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Rayon Təhsli şöbəsi və “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Uşaq hüquqları aylığı çərçivəsində “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
23 noyabr 2021-ci il tarixində Saatlı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi,Rayon Təhsli şöbəsi və “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Saatlı şəhər S.Vurğun adına 1 nömrəli tam orta məktəbində Uşaq hüquqları aylığı çərçivəsində “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda maarifləndirici tədbir keçirildi. Karantin rejiminin qaydalarına əməl etməklə keçirilən tədbirdə Saatlı Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Mehriban Ağayeva, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Rayon Təhsil şöbəsinin əməkdaşı Urşan Nuruşov, Saatlı Gənclər Evi" sosial xidmət müəssisəsinin əməkdaşı Anar Səfərxanlı, Saatlı şəhər S.Vurğun adına 1 nömrəli tam orta məktəbin şagirdləri və müəllimləri iştirak etmişdirlər.
Tədbirdə çıxış edən natiqlər İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edildiyini, aylığın keçirilməsində məqsədin uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması olduğunu, ölkəmizdə sosial sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinin uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli olduğunu bildirdilər.
Daha sonra çıxış edənlər dövlətimiz cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir, uşaq hüquqlarının müdafiəsinə, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilib və onların həyata keçirilməsi üçün tədbirlər planı müəyyənləşdirilib.