17.11.2021

"Narkomaniya, erkən nikah və dini radikalizmə yox deyək" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

    

17.11.2021-ci il tarixdə Saatlı rayon Polis Şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə şəhər 1 nömrəlili tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə "Narkomaniya, erkən nikah və dini radikalizmə yox deyək" mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Saatlı rayon Polis şöbəsinin rəisi polis polkovniki Azər Tağıyev, rayon Təhsil şöbəsinin müdiri Günay Sultanova, rayon İcra Hakimiyyətinin əməkdaşı Mehriban Ağayeva və rayon Mərkəzi xəstəxanasının əməkdaşı Adil Mürsəlov çıxış edərək şagirdlərin qeyd olunan zərəli vərdişlərin fəsadları və cəmiyyətə vurduğu zərərlərin miqyası haqqında məlumatlar vermiş və bu bəlalara qarşı mübarizə aparmağın yollarını qeyd etmişlər.

 

Tədbir pandemiya qaydalarına əməl edilməklə təşkil olunmuşdur


Açar sözlər: ,