17.11.2021

Türkiyə Azərbaycan dostluğu əsrlər boyu yaşayacaqdır.

Vətən müharibəsində böyük qələbənin  qazanılmasının şəriksiz memarı müzəffər Ali Baş Komandan  və qəhrəman Azərbaycan Ordusudur.  İgid əsgər və zabitlərimiz 44 gün ərzində daim irəli gedərək xalqımızın arzu və istəklərini reallaşdırdılar.  30 ilə yaxın işğal altında qalan tarixi və əzəli torpaqlarımız erməni işğalından qurtuldu, ərazi bütövlüyümüz  bərpa olundu .  Bu haqda nə qədər   yazılsa da , deyilsə də yenə azdır. Müharibənin ilk günlərindən xarici ölkələrin Azərbaycana münasibətdə tutduğu yer və sərgilədikləri mövqe diqqəti çox cəlb edirdi. Xaricdəki erməni lobbilərinin təsiri altında bəzi dövlətlər ermənilərin yanında  yer aldılar . Lakin haqqı , ədaləti müdafiə edənlərin sayı çox oldu. Bunun nəticəsi idi ki , Azərbaycan kəskin beynəlxalq təzyiqlərə məruz qalmadı .  Vətən müharibəsi dövründə Azərbaycana ən böyük siyasi və mənəvi dəstək verən ölkələr  arasında ilk növbədə Qardaş Türkiyənin adı xüsusi qeyd olunmalıdır.  Ümummilli  lider Heydər Əliyevin “Bir  millət  iki dövlət “ devizinin təkcə sözdən  ibarət olunmadığını  əməlləri ilə təsdiq edən Qardaş  Türkiyə II Qarabağ müharibəsinin  ilk günündən sonuna qədər  “....Dost və Qardaş Azərbaycanın   yanındayıq , yanında olmağa  davam edəcəyik  “ dedi. Hətta Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın obyektiv və sərt bəyanatları , atdığı  qətiyyətli addımlar , onun düşünülmüş diplomatik gedişləri  , xüsusən “.....əgər bu münaqişədə qırmızı xəttimiz keçilərsə , inciməsinlər  , babamızın   oğlu da olsa gözümüz  görməz “ ifadələri Azərbaycanın işğal altında olan ərazilərimizi qurtarmaq uğrunda aparılan müharibənin uğurlarına böyük təsir göstərdi.                   

 

 

Saatlı şəhər 4 nömrəli  tam orta məktəbin tarix müəllimi

İsgəndərova  Aynur Əhliman qızı         


Açar sözlər: ,  ,