44 günlük Vətən müharibəsinə həsr olunmuş tədbirlərdə Şəhid ailələri, qazilər, vətən müharibəsi iştirakçıları, valideynlər, müəllimlər iştirak ediblər. Əvvəlcə Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, onların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirlərdə ədəbi-bədii kompozisiyalar nümayiş olunub, Vətən müharibəsində şanlı ordumuzun keçdiyi zəfər yolunu əks etdirən çıxışlar və videoçarx izlənilib.