22.06.2021

Şəhid  Leytenant  Xalid Nəciyevin doğum gününə həsr olunmuş futbol turniri start götürüb

21 iyun 2021-ci il tarixdə Saatlı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Saatlı Olimpiya İdman Kompleksində Saatlı rayon Təhsil şöbəsinin əməkdaşı olmuş Şəhid Xalid Nəciyevin 29 -cu doğum gününə həsr olunmuş müəllimlərarası futbol çempionatının açılış mərasimi oldu. Açılış mərasimində Şəhidin ailə üzvləri, Saatlı rayon İcra Hakimiyyətinin, Saatlı rayon Təhsil Şöbəsinin və Saatlı rayon Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak etdi.Təbdirdə Şəhidin keçdiyi şərəfli həyat yolundan danışıldı.

İlk oyun günü Səməd Vurğun adına şəhər 1 nömrəli tam orta məktəbi və Orta Muğan kənd tam orta məktəbi , Varxankənd tam orta məktəbi ilə Şirinbəy kənd tam orta məktəbi üz-üzə gəldilər.Gərgin və maraqlı keçən oyunda Səməd Vurğun adına 1 nömrəli tam orta məktəb və Şirinbəy kənd tam orta məktəbi ilk oyunda qalib gəldilər.