03.06.2021

Respublika fənn olimpiadalarının final turunun nəticələri 

31 may 2021-ci il tarixində keçirilən Respublika fənn olimpiadalarının final turunun nəticələri elan olunmuşdur.Nəticələrə əsasən Saatlı şəhər V.Əsgərov adına 4 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Şükürova Xanım Vüqar qızı coğrafiya fənni üzrə II yeri tutaraq gümüş, 9-cu sinif şagirdi Mehtiyeva Çilənay Əbülfət qızı coğrafiya fənni üzrə III yeri tutaraq bürünc, Ə.Şüküroğlu adına Varxankənd tam orta məktəbin 9-cu sinif şagirdi Hüseynova Zəhra Mahir qızı  Azərbaycan dili fənni üzrə II yeri tutaraq gümüş medala layiq görülüb.

 

Şagirdlərimizi, onların müəllimlərini və valideynlərini təbrik edirik.


Açar sözlər: ,