02.06.2021

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Peşə Təmayüllü Siniflərin birgə əməkdaşlığı çərçivəsində "Uşaq təbəssümü" sosial layihəsi həyata keçirildi. 

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Saatlı rayon A.Çaxoyev adına Fətəlikənd kənd tam orta məktəb və Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəb Peşə Təmayüllü Siniflərin birgə əməkdaşlığı çərçivəsində "Uşaq təbəssümü" sosial layihəsi  həyata keçirilmişdir. Layihədə şagirdlərin əl işlərindən ibarət olan oyuncaqlar evlərdə, parklarda  və Saatlı rayon Gənclər Mərkəzində baş tutan tədbirdə Şəhid ailələrinin övladlarına hədiyə olaraq təqdim edildi. Uşaqların təbəssümünə səbəb olan "Uşaq təbəssümü" sosial layihəsi uğurla öz məqsədini həyata keçirməyə nail  oldu.


Açar sözlər: