02.06.2021

Onlayn bilik yarışının qalibləri müəyyən olunub

01 iyun 2021-ci il  tarixdə  ümumi orta məktəblərin iştirak etdiyi intellektual yarışın final oyunu keçirildi. Final mərhələsində Seyidlər kənd ümumi orta məktəb, Qıraqlı kənd ümumi orta məktəb, Sarıcalar kənd ümumi orta məktəb, Kamallı kənd ümumi orta məktəbi yarışdılar.Gərgin və maraqlı keçən final oyununda Qıraqlı kənd ümumi orta məktəbi intellektual yarışın qalibi oldu. 2-ci yeri Sarıcalar kənd ümumi orta məktəbi, 3-cü yeri Kamallı kənd ümumi orta məktəbi və 4 –cü yerin sahibi isə Seyidlər kənd ümumi orta məktəbi oldu. Finalçılar Saatlı rayonu Təhsil Şöbəsi tərəfindən diplomlar, medallar və kubokla mükafatlandırıldı.

Yarışın təşkilində göstərdikləri köməkliyə görə şagirdlərə, müəllimlərə, direktorlara və nəhayət xüsusilə Vüqar Namazova və Vüsal Quluzadəyə təşəkkürümüzü bildiririk.


Açar sözlər: ,