01.06.2021

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş mini-futbol yarışının final mərhələsinə vəsiqə qazanmış şagirdlər mükafatlandırılmışdır.

 

27-28 may 2021-ci il tarixlərdə keçirilən Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turniri çərçivəsində  VI zona üzrə 13 rayonun iştirakı ilə mini-futbol yarışının final mərhələsinə vəsiqə qazanan Saatlı rayon komandası həm finala vəsiqə qazanması, həm də 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Saatlı rayon Təhsil şöbəsinin rəhbərliyi tərəfindən diplomlarla mükafatlandırılmışdır.