Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə 27-28 may 2021-ci il tarixlərdə keçirilən Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turniri çərçivəsində Saatlı Olimpiya İdman Kompleksində VI zona üzrə 13 rayonun iştirakı ilə mini-futbol yarışında Saatlı rayon komandası final mərhələsində İmişli rayon komandasını məğlub edərək 1-ci yeri tutaraq final mərhələsinə vəsiqə qazanmışdır. Komandamıza finalda uğurlar arzulayırıq.