28.05.2021

Saatlı rayon təhsil müəssisələrində Respublika günü

 

26-27 may 2021-ci il tarixlərində məktəblərimizdə  28 may - Respublika gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərə cümhuriyyət tarixi haqqında məlumat vermək, məktəbliləri respublikamızın mədəniyyəti ilə daha yaxından tanış etmək, onlarda Vətənə, bayrağa, xalqa dərin sevgi və rəğbət hissləri aşılamaqdan  ibarət olub.

Tədbirlərdə məktəb rəhbərləri, müəllimlər cümhuriyyət tarixi haqqında şagirdlərə məlumat vermiş,şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirmişlər.


Açar sözlər: ,  ,