27.05.2021

“Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda tədbirlər keçirilib

27 may 2021-ci il tarixdə  Saatlı rayon ümumtəhsil məktəbləri üçün təsdiq olunmuş ( əmr və sərəncamlar da daxil olmaqla )  fəaliyyət sahələrini əks etdirən və may ayı ərzində yerinə yetirilməsi nəzərdə tutulan tədbirlər planına uyğun olaraq təhsil müəssisələrində “Gənclərin fövqəladə hallarda davranışı” mövzusunda onlayn formada 15 məktəbin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə fövqəladə hallar zamanı davranış qaydalarını hər kəsin bilməli olduğu bildirilmişdir.

Əlisoltanlı kənd tam orta məktəbinin müəllimi Nəzirov Ağagül   “Zəlzələ zamanı davranış qaydaları”,  “Yanğın zamanı davranış qaydaları” mövzusunda  çıxış edib.

 


Açar sözlər: ,  ,