20.05.2021

Lütfi Zadənin həyat və elmi yaradıcılığına həsr olunmuş “Dəyirmi masa” və açıq dərslər keçirilib.

Saatlı rayonunun Dədə Qorqud, Məzrəli, Şəhər 1 nömrəli ümumi orta məktəbi və Cəfərxan kənd tam orta məktəblərində Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin anadan olmasının 100 illiyi ilə bağlı onun həyat və elmi yaradıcılığına həsr olunmuş “Dəyirmi masa” və açıq dərslər keçirilib.

Riyaziyyatçı, kompüter alimi, elektrik mühəndisi, süni zəka araşdırmaçısı və  kompüter elmi üzrə əməkdar professor Lütfəli Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda doğulub.

O, elm aləmində ən çox qeyri-səlis riyaziyyatın, qeyri-səlis əlaqəli məfhumlardan ibarət olmasını irəli sürməsi ilə tanınıb. Onu məhşurlaşdıran qeyri-səlis məntiq nəzəriyyəsini isə 1973-cü ildə irəli sürüb.The New York Times qəzetində mərhuma həsr olunmuş məqalədə deyilir :  Lütfi Zadənin  1965-ci ildə nəşr etdiyi "qeyri-səlis çoxluq" nəzəriyyəsi 90 mindən artıq elmi əsərdə iqtibas olunub və bu riyazi konsepsiyası elektron cihazlardan tutmuş, hava proqnozunadək müxtəlif sahələrdə istifadə olunub.

New Mexico Universitetindən professor Timothy Ross deyir ki, nəzəriyyə hüdudları qeyri-müəyyən və dəqiq olmayan informasiya kütləsini araşdırırdı.

 


Açar sözlər: ,  ,  ,  ,