08.05.2021

Əziz Şuşa, sən azadsan!

Şuşa şəhəri Azərbaycan xalqının ictimai-siyasi və mədəni həyatında xüsusi yer olan bir şəhərdir. Şuşa şəhərinin yaranması Qarabağ xanı Pənahəli xanın çevik dərrakəsinin məhsulu olaraq XVIII əsrin ortalarına təsadüf edir.Müdafiə nöqteyi-nəzərindən düzgün seçilmiş yerdə olan Şuşa daima düşmənin diqqətini cəlb edib.

Müxtəlif tarixi hadisələrin şahidi olan Şuşa tariximizin mədəni həyatında bənzərsiz rola malikdir.Sovet höküməti dövründə Şuşa 1930 –cu ildə İnzibati rayon kimi təşkil edilmişdir.Şuşanın mədəniyyətimizdəki rolunu yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1977-ci ildə “Şuşa şəhərinin tarixi hissədini tarix-memarlıq qoruğu elan etmək haqqına” qərar verilmişdir.Bu qərarın verilməsindən sonra Şuşada mədəniyyət abidələrinin qorunması ,bərpası istiqamətində addımlar atıldı.

XX əsrin sonunda müharibəyə başlayan ermənilər illərdir arzusunda olduqları Şuşanı işğal etmək niyyətini təssüf ki,gerçəkləşdirdilər. 8 may 1992-ci ildə müqəddəs Şuşa şəhəri işğal edildi.Həmin gün 28 il 6 ay davam edən həsrətin əsası qoyuldu.Bu gündən Pənahəli xanın,xan qızı Natəvanın,Üzeyirin,Seyidin və digərlərinin ruhlarının əzablı dövrü başladı.O gündən başı dumanlı,qırmızı koftalı,yaşıl tumanlı Şuşa dağları barıt qoxmağa başladı.Nəmli dumanları atılan top mərmiləri qovmuşdur.Qırmızı lalələr qana boyanmışdır. Yaşıl tumanlı dağlar öz doğma sakinlərindən ayrı düşmüşdür.

Dövlətimiz tarixin qovğalarına şahidlik etmiş əzəmət simvolu Şuşanı azad etmək üçün bütün cəbhələrdə mübarizə apardı.Şuşa isə bizi səsləyir və gözləyirdi.Düşmənin Cıdır düzündəki utanmazcasına etdiyi rəqs səbr kasasını dolduran son damla oldu.Azərbayca Respubilikasının Prezidenti cənab İlham Əliyevin “Qarabağ Azərbaycanındır və nida” deməsi torpaqlarımızın işğaldan azad olunacağına inamın ,qətiyyətin ifadəsi idi. Belədə oldu.

27 sentyabr 2020-ci il.Bu gün 30 illik həsrətin sonunun başlandığı gündür. Başlanan Vətən müharibəsi Şuşanı azadlığına qovuşdurmalı idi. 8 noyabr 2020 – ci il .Bu gün tam başqa gün oldu. Ali Baş Komandan İlham Əliyev xalqa müraciətini belə başlayır.

- Əziz həmvətənlər,əziz bacılar və qardaşlar!

Böyük fəxarət hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi.Şuşa bizimdir! Beləliklə biz Şuşaya qayıdırıq.

Təxminən 270 il tarixə malik olan Şuşa mövcudluğunun ən şərəfli dövrlərindən birini yaşayır.Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuşdur. Bu sərəncamın may ayının 7 – də verilməsi isə xüsusi məna daşıyır. 1992 –ci ilin 8 mayında Şuşa işğal olunmuşdur. Bu hadisənin il dönümü ərəfəsində isə artıq Şuşa əhəmiyyətli status qazandı. Bu dünyaya Şuşanın Azərbaycan üçün əhəmiyyətini bir daha nümayiş etdirdi.

Biz Şuşa şəhərinin işğal olunmasının 29 – cu il dönümünü qeyd etmədik. Buna Azərbaycan Respublikasının Prezidenti ,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin siyasəti və qətiyyəti, ordumuzun qüdrəti , xalqımızın birliyi nəticəsində nail olduq.

Qarabağ Azərbaycandır!

 

Natiq Həsənov.

Saatlı rayonu S.Vurğun adına 1 nömrəli tam orta məktəbin müəllimi


Açar sözlər: