26.04.2021

Fənn müsabiqələrinin I mərhələsi keçirilir.

    VI-VII sinif şagirdləri arasında VI respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinə start verilib.

Aprelin 26-da VI siniflər üçün riyaziyyat və informatika fənləri üzrə imtahan prosesi təşkil edilib.

Müsabiqə Saatlı şəhər 2 nömrəli tam orta məktəbdə keçirilmiş və müsabiqədə 60 şagird iştirak etmişdir.

Fənn müsabiqələrinin yekun nəticələrinə (Respublika mərhələsinin nəticələrinə) əsasən, yeni tədris ili üçün beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin dinləyiciləri müəyyən ediləcək.

Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.


Açar sözlər: ,