Bu gün Azərbaycanın bir sıra şəhər və rayonlarında, o cümlədən Saatlı rayonunda 11-ci siniflərin tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcəkdir. Saatlı rayonunun 28 tam orta məktəbi üzrə 687 şagirdin 3 imtahan mərkəzində imtahanda iştirakı nəzərdə tutulub.
Hər bir şagirdə imtahandan müvəffəqiyyət və uğur qazanmağı arzu edirik.