10.03.2021

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilir

      Martın 10-da respublika fənn olimpiadalarının yarımfinal turu keçirilir. Yarımfinal turu Bakı şəhərində 12, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 22 mərkəz olmaqla ümumilikdə 35 mərkəzdə təşkil edilib.

Yarımfinal turu Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçirilir

Yarımfinal turunun nəticələrinə əsasən, finalda iştirak edəcək şagirdlər müəyyən ediləcək. Qaydalara görə, hər bir fənn üzrə aşağı yaş qrupu üzrə 24, yuxarı yaş qrupu üzrə isə 48 şagird final turunda iştirak edəcək.

10.03.2021-ci il tarixdə Saatlı şəhər 2 nömrəli  tam orta məktəbdə Respublika Fənn Olimpiadalarının yarımfinal turu keçirilib.

    Yarımfinal turunda Saatlı, Sabirabad və İmişli rayonlarının ümumi təhsil məktəblərinin IX- XI sinif şagirdləri iştirak edib. Yarımfinal turu Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçirilib.

     Respublika fənn olimpiadalarının bu mərhələsində 37 şagirdimiz iştirak edib.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.


Açar sözlər: