Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 852 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” icrası ilə əlaqədar tərtib olunmuş fəaliyyət planına uyğun olaraq Saatlı Rayon Təhsil Şöbəsinin tabeçiliyində fəaliyyət göstərən V.Əzimov adına Qıraqlı kənd tam orta məktəbi, M.Ağayev adına şəhər 2 nömrəli ümumi orta məktəbində yol hərəkətinin təhlükəsizliyinə dair tədbirlər keçirilmişdir. Tədbirdə RPŞ-nin əməkdaşı, məktəbin pedaqoji heyəti və şagirdlər iştirak ediblər.Tədbirlərin keçirilməsində əsas məqsəd təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılması tövsiyə edilib və hamını qanunlara riayət etməyə çağırıblar.Şagirdlərə yol hərəkəti qaydaları və yol nişanları barədə ətraflı məlumat verilib. Onlara yol hərəkəti qaydalarını məktəb yaşlarından öyrənməyin və buna əməl olunmasının vacibliyini vurğulayıblar.