26.02.2021

Saatlı rayon ümumtəhsil müəssisələrində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

    Təhsil müəssisələrində  “Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar  dərslər, dəyirmi masa, ədəbi-bədii kompozisiyalar, rəsm  müsabiqəsi keçirilib. Həmçinin sərgilər təşkil olunub, guşələr, bülletenlər hazırlanıb və İkinci Qarabağ müharibəsində iştirak edən qazilər və əsgərlərlə görüş keçirilmişdir.Tədbirlərdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri şəhəri toplardan və ağır zirehli texnikadan atəşə tutmağa başlamış, yandırmışlar. Xocalı yerlə yeksan edilmiş, dinc əhaliyə divan tutulmuşdur. Soyqırım  nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər 2 valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Bütün bunlar Azərbaycan xalqının yaddaşına yazılaraq qəlblərində silinməz izlər qoymuşdur.Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını şeirlər, ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər.  


Açar sözlər: ,  ,