22.02.2021

21 fevral- Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbirlər keçirilib.

    Saatlı rayon ümumitəhsil müəsissələrində 21 fevral- Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbirlər keçirilib.

Tədbirdə məktəblərin  müəllim və şagird kollektivi  iştirak edib. Çıxış edənlər fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd edilməsinin tarixindən danışıblar. Qeyd edilib ki, dilimizin inkişafında və saflığının qorunmasında müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Vurğulanıb ki, cəmiyyət mədəniyyəti qoruyarsa, mədəniyyət də cəmiyyəti xilas edər.


Açar sözlər: ,