19.02.2021

Saatlı rayon ümumi təhsil müəssisələrində yol hərəkətinin təhlükəsizliyinə dair tədbirlər keçirilmişdir.

    Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 852 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” icrası ilə əlaqədar tərtib olunmuş fəaliyyət planına uyğun olaraq Saatlı Rayon Təhsil Şöbəsinin tabeçiliyində fəaliyyət göstərən Şəhər 1 nömrəli tam orta məktəbi, Şəhər 2 nömrəli tam orta məktəbi və Şəhər 4 nömrəli tam orta məktəbində  yol hərəkətinin təhlükəsizliyinə dair bir sıra tədbirlər keçirilmişdir. Tədbirlərin keçirilməsində məqsəd uşaqların iştirakı ilə yol - nəqliyyat hadisələrinin qarşısının alınması ilə bağlı profilaktik işlərin gücləndirilməsi, ümumi təhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması olub.Tədbirlərimizdə məktəb müəllim-şagird heyəti ilə yanaşı yol polisi əməkdaşları da iştirak etmişdir.


Açar sözlər: ,