24.09.2020

İbtidai sinif müəllimlərinin riyazi bilik və bacarıqlarının möhkəmləndirilməsi”

 Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsində Saatlı rayon Azad Bayramov adına Məmmədabad kənd tam orta məktəbin ibtidai sinif müəllimi - Mirzəyeva Rüfanə “İbtidai sinif müəllimlərinin riyazi bilik və bacarıqlarının möhkəmləndirilməsi” layihəsi ilə fərdi kateqoriya üzrə qaliblərdən biri olmuşdur.

Layihə haqqında Rüfanə müəllimin bizimlə bölüşdüyü fikirləri qısa şəkildə  Sizə təqdim edirik:

-Qrant layihəmin mövzusu əslində uzun müddət idi ki, məni düşündürürdü. Daim həmkarlarımla əlaqədə olub, qarşılaşdığımız çətinliklərlə bağlı müzakirələr aparmışıq. İbtidai sinif müəllimlərinin ən çox vurğuladığı məqam 2016-cı ilin dekabr ayında Təhsil Nazirliyinin keçirdiyi "Müəllimlərin diaqnostik qiymətləndirilməsi" zamanı ixtisasları üzrə salınmış ibtidai riyaziyyat suallarının həlli zamanı çətinliklə üzləşmələri və bunun ümumi göstəricilərini  aşağı salması idi. Buna səbəb kimi müəllimlərin orta məktəbi uzun zaman əvvəl bitirməsi, həmçinin xeyli pedaqoji stajlarının olmasına baxmayaraq bəzi müəllimlərin saat bölgüsünə əsasən riyaziyyat fənnini uzun müddət tədris etməmələri nəticəsində onların mövcud bacarıqlarının unudulması idi.

-Mən bu haqda nə edə biləcəyimi düşünərkən təlimçi Gülnar Muxtarova məni “Qrant layihənin yazılması” təliminə dəvət etdi. Mən bu təlimdə artıq problemin həlli yolunu tapmışdım. Layihəmi yazarkən mənə dəstək olan Gülnar Muxtarovaya və məktəbimizin direktoru Yaqubova Nəzakət müəllimə dərin təşəkkürümü bildirirəm.

 -Layihənin icrası zamanı Sabirabad və Saatlı rayonlarından (hər rayondan 15 müəllim olmaqla) 30 yaş üstü müəllimlər (hər rayon müəllimləri üçün 1 ay, şənbə, bazar günləri)  online təlimə cəlb olunacaq. Müəllimlər bu təlim zamanı ibtidai riyaziyyatın əsaslarını mənimsəyəcəklər. Onların bu fənn üzrə qarşılaşdıqları çətinliklərin aradan qalxmasına çalışacağıq, öz üzərlərində işləyərək Təhsil Nazirliyi tərəfindən keçirilməsi planlaşdırılan sertifikasiyada yüksək nəticəyə nail olmağa çalışacaqlar, həmçinin müəllimlər bu təlimdə yiyələndikləri biliklərlə ibtidai sinifdə şagirdlərə bu fənni daha əhatəli tədris edəcəklər.


Açar sözlər: ,