26.08.2019

Orta Muğan kənd tam orta məktəbi üçün ikimərtəbəli yeni məktəb binası inşa olunur

Təhsil Nazirliyinin sifarişi ilə Saatlıda Orta Muğan kənd tam orta məktəbi üçün ikimərtəbəli yeni məktəb binası inşa olunur.

432 şagird yerlik binanın tikintisinə bu ilin əvvəlində başlanılıb. Artıq binanın birinci mərtəbəsində hörgü işləri başa çatıb. Hazırda ikinci mərtəbədə işlər davam etdirilir. Müasir arxitektura üslubunda inşa olunan təhsil ocağında tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılacaq. Binada 21 sinif otağı, 3 laboratoriya, hərbi, tibb və kompüter otaqları, idman və akt zalları və fənn kabinetləri olacaq. Təhsil ocağı müasir istilik sistemi, yeni inventar və texniki vasitələrlə təchiz ediləcək.

Binanın tikintisinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.


Açar sözlər: ,  ,