20.08.2019

Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün ixtisasartırma təlimlərinə başlanılıb

Saatlı şəhər 1 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin ixtisasartırma təlimlərinə başlanılıb.

Təlimlərdə Saatlı rayonunun ümumtəhsil məktəblərindən 41 nəfər müəllim iştirak edir.

İyulun 13-dək davam edəcək təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafı, sadə əmək vərdişlərinə yiyələnməsi, istedad və qabiliyyətinin üzə çıxarılması, sağlamlığının qorunması, estetik tərbiyəsi, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdır.