19.06.2019

İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə bədii qiraət müsabiqəsi keçirilib

Saatlı şəhər 4 nömrəli tam orta məktəbdə Azərbaycan ədəbiyyatında ictimai-fəlsəfi şeirləri ilə xüsusi yer tutan, klassik mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə bədii qiraət müsabiqəsi keçirilib.

Müsabiqə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında YAP Saatlı rayon təşkilatının təşkilatçılığı ilə keçirilib. Müsabiqədə unudulmaz şair Nəsiminin şeirlərindən istifadə olunub. Müsabiqənin qalibləri fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

İyirmi dörd  şagirdin iştirak etdiyi müsabiqədə onların bacarığı münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekun rəyə əsasən, bədii qiraət müsabiqəsində Varxankənd kənd  tam orta məktəbin X sinif şagirdi Arzu Əlimxanova birinci yer, 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Kənan Qədirov ikinci yer, Qırağlı kənd ümumi  orta məktəbin VII sinif şagirdi Səmayə Əliquliyeva isə üçüncü yerə layiq görülüblər. Qaliblər diplomla təltif olunublar. Müsabiqəd iştirak edən Qırağlı kənd ümumi  orta məktəbin 6-cı sinif şagirdi Quliyev Vasif isə Fəxri Fərmanla təltif olunub.

Qeyd edək ki, qaliblər respublika müsabiqəsində iştirak edəcəklər.


Açar sözlər: ,  ,  ,