06.05.2019

Saatlı rayon Sarıcalar kənd tam orta məktəbində açılış mərasimi olub

Saatlı rayon Sarıcalar kənd tam orta məktəbində açılış mərasimi olub. Mərasimdə Təhsil Nazirliyinin ümumi təhsil sektorunun baş məsləhətçisi Əhliyət Adıgözəlov, icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, tikinti şirkətinin nümayəndələri, təhsil şöbəsinin əməkdaşları, kənd sakinləri, məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək  əsaslı təmir olunan məktəb binasında yaradılan şərait barədə məlumat verib. Sonra Əhliyət Adıgözəlov bildirib ki, “Respublikamızda 4500-ə yaxın məktəb olduğunu və onlardan 3000-ə yaxın hissəsində əsaslı təmir  işləri aparılıb və yeni məktəb binaları tikilib. Bu, təhsil sahəsinə çox böyük töhfədir. Məktəbdə uşaqlar yaxşı oxumalıdır. Bir halda ki, belə gözəl şərait var, burada təhsilin keyfiyyəti də yüksək olmalıdır.”

Daha sonra kənd sakinləri tərəfindən məktəbin rəmzi açılışını bildirən lent kəsilib. Mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.

624 şagird yerlik, 2 mərtəbəli məktəb binasında 17 sinif otağı, 2 emalatxana, 3 laboratoriya, hərbi otağı, həkim otağı, idman zalı, sanitar qovşaqlar və yeməkxana istifadəyə verilib.  Məktəbin həyətində genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb, açıq havada idman meydançası yaradılıb. Məktəbin dam örtüyü dəyişdirilib, müasir istilik sitemi yaradılıb,  lazımi invertar avadanlıqlarla təchiz edilib.


Açar sözlər: ,  ,