16.04.2019

VIII sinif şagirdləri üçün Saatlı Rayon Mərkəzi Xəstəxanasına ekskursiya təşkil edib.

Saatlı şəhər  1 nömrəli tam orta məktəbin biologiya müəllimi Zelfiyyə Qafarova  VIII sinif şagirdləri üçün Saatlı Rayon Mərkəzi Xəstəxanasına ekskursiya təşkil edib.

Ekskursiyaın təşkil olunmasının əsas məqsədi məktəblilərin biologiya fənninə marağın artırılması, həmçinin onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdır.

Qeyd edək ki,  Saatlı Rayon Mərkəzi Xəstəxanasında  200 nəfərədək tibbi personalın vəzifəsi vakantdır və rayonda ixtisaslı həkimlərə ehtiyac  vardır.