12.04.2019

Erkən nikahların qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Saatlı Şəhər İcra Hakimiyyəti ilə birgə Saatlı rayon Cəfərxan kənd tam orta məktəbdə erkən nikahların qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə məktəb direktoru, şagird, müəllim və valideyn kollektivi, hüquq mühafizə və.b iştirak ediblər.

Tədbirdə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Reyhan Ocaqova, Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Seyidağa Kazımov çıxış ediblər.

Tədbirdə erkən nikah və təhsildən yayınma halları, onların fəsadları,  aradan qaldırılması yolları, narkomaniya və onun fəsadları, reproduktiv sağlamlıq, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığına qarşı mübarizə yolları, bu sahədə mövcud yerli və beynəlxalq qanunvericilik  Komitə və İcra Hakimiyyəti tərəfindən həyata keçirilən müvafiq layihələr barədə məlumat verilib.

Tədbirdə erkən nikahlara həsr olunmuş  video-çarx nümayiş etdirilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.


Açar sözlər: ,  ,  ,  ,