02.04.2019

Saatlı şəhər 4 nömrəli tam orta məktəbdə Aprel döyüşləri mövzusunda "Dəyirmi masa" keçirilib

Saatlı şəhər 4 nömrəli tam orta məktəbdə 2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozaraq dinc əhalini intensiv atəşə tutulması və Azərbaycan Ordusunun gücü, qüdrəti, peşəkarlığı nəticəsində düşmən həmləsinin qarşısının alınmasına həsr olunan “Dəyirmi masa” keçirilib.

Tədbirdə  Rayon İcra Hakimiyyəti  yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafisəsi üzrə komisiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Mehriban Ağayeva, təhsilşöbəsinin nümayəndəsi, məktəb rəhbərliyi və yuxarı sinif şagirdləri iştirak ediblər.

Öncə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda, eləcə də Aprel döyüşlərində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Mehriban Ağayeva  2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalması, dörd gün davam edən döyüşlər nəticəsində Azərbaycan ordusunun düşmən təxribatının qarşısını qəhrəmanlıqla alması, Lələtəpə və Talış yüksəkliklərinin işğaldan azad olunması barədə şagirdlərə geniş məlumat verib.

Sonra Aprel döyüşlərinin hərbi, siyasi və iqtisadi nəticələri şagirdlərlə müzakirə olunub. Qeyd olunub ki, Azərbaycan xalqı “Dördgünlük müharibə” zamanı bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı mərd, qorxmaz, iradəli, dözümlü və vətənpərvərdir.  İştirakçıların hər biri lazım gələrsə istənilən an döyüşə hazır olduqlarını, lakin torpaqlarımızım sülh yolu ilə qaytarılmasının tərəfdarı olduqlarını vurğulayıblar.


Açar sözlər: ,  ,  ,  ,