17.12.2018

“Birlik” komandası Xəmsə Milli İntellektual Oyununun Çağırış Kubokunda çempion olub

Saatlı rayon Əlisoltanlı kənd tam orta məktəbin  3-4-cü siniflərdən ibarət “Birlik” komandası Xəmsə Milli İntellektual Oyununun Çağırış Kubokunda çempion olub.

Yarışın qrup mərhələsində 16 komanda iştirak edib və “Birlik” komandası bütün rəqiblərini üstələyərək I yerə çıxıb. Bundan əlavə 8-10 yaşlıların yarışında Xəmsə oyunu tarixində “Birlik” birlik komandası 13000 xal toplayaraq rekord nəticə göstərib.