10.12.2018

Şagirdlər Heydər Əliyev Mərzinə ekskursiya ediblər

Saatlı rayon Məzrəli kənd tam orta məktəbin şagirdləri “Heydər Əliyev irsinin öyrənilməsi” məqsədilə Heydər Əliyev Mərzinə ekskursiya ediblər.

Mərkəzin nümayəndəsi müstəqil Azərbaycan Respublikasında dövlət quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı gərgin fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin təmin edilməsi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar haqqında məlumat verib.

Çıxış edən Məzrəli kənd tam orta məktəbin direktor müavini Sara Həsənova ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən danışıblar.

Daha sonra şagirdlər Saatlı Rayon Tarix-Diyarşünaslıq muzeyində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilən "Gənclər və Heydər Əliyev irsi" adlı tədbirdə iştirak ediblər. Tədbirdən sonra "Şəxsiyyət" adlı sənədli film nümayiş olunub.