13.12.2017

''Qara xəbərin acısı'' şeiri təhlil olunub

Saatlı rayon Varxankənd kənd tam orta məktəbdə, V sinifdə ədəbiyyat fənnindən açıq dərs keçirilib. Dərsdə təhsil şöbəsinin nümayəndələri, və müəllimlər iştirak ediblər.

Ədəbiyyat müəllimi Bikə Allahverdiyevanın keçirdiyi açıq dərsdə Zəlimxan Yaqubun ümummilli lider Heydər Əliyevə həsr etdiyi ''Qara xəbərin acısı'' şeiri təhlil olunub. Dərsdə şagirdlər Zəlimxan Yaqubun şeirlərini və ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

Sonda ulu öndərin həyat və fəaliyyətinə dair və Zəlimxan Yaqubdan bəhs edən videoçarxlar nümayiş olunub.


Açar sözlər: ,  ,  ,