05.12.2017

"Yer səthində istilik və buxarlanma" mövzusunda açıq dərs keçirilib

Saatlı şəhər 4 nömrəli məktəbdə, 10a sinfində coğrafiya fənnindən "Yer səthində istilik və buxarlanma" mövzusunda açıq dərs keçirilib.

Coğrafiya müəllimi Roman Yusubov öncə buxarlanma üçün vacib olan şərtləri qeyd edib və istilik qurşaqları haqqında şagirdlərə məlumat verib.  Qruplarla iş forması ilə keçirilən dərsdə şagirdlər  3 qrupa bölünərək istilik qurşaqlarının xarakterik xüsusiyyətləri, ekvatordan qütblərə doğru temperaturun paylanma qanunauyğunluunu və istilik qurşaqlarının təsərrüfatda istifadə imkanları haqqında  sualları cavablandırıblar.

Sonda mümkün buxarlanmanın coğrafi paylanmasında müşahidə olunan qanunauyğunluqlar müzakirə olunub.


Açar sözlər: ,  ,  ,  ,