30.11.2017

"Rəngkarlıq əsərlərində kolorit" mövzusunda açıq dərs keçirilib

Saatlı şəhər Valeri Əsgərov adına 4 nömrəli tam orta məktəbdə təsviri incəsənət fənnindən VIa sinfində "Rəngkarlıq əsərlərində kolorit" mövzusunda açıq dərs keçirilib.

Qruplarla iş formasında keçirilən dərsdə təsviri incəsənət müəllimi Şəlalə Quliyeva təsviri sənətin növ və janrlarını xarakterik xüsusiyyətlərinə görə şərh edib. Görkəmli tsəviri incəsənət nümayəndələri və onların əsərləri haqqında məlumat verilib və videoçarx nümayiş olunub.

Sonra 4 qrupa bölünmüş şagirdlər bədii sənət əsərlərində milli-üslubi cəhətlərə estetik münasibət bildiriblər. Rəssam Vəcihə Səmədovanın yaradıcılığının əsas xüsusiyyətləri müzakirə olunub və şagirdlər rənglərin əsas xarakterik xüsusiyyətlərini sadalayıblar, rəng elementlərinin qarşılıqlı əlaqəsini öyrəniblər

Sonda şagirdlər sulu boya ilə rəngarəng dünyanı ifadə edən müxtəlif rəsmlər çəkiblər.


Açar sözlər: ,  ,  ,  ,