22.06.2017

Təlim kurslarının yekun qiymətləndirilməsi keçirilib

Iyunun 22-də Saatlı şəhər 1 nömrəli tam orta məktəbdə informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə təlim kurslarının yekun qiymətləndirilməsi keçirilib. İmtahanda 99 müəllim iştirak edib. Qiymətləndirmə test üsulu ilə aparılıb. İştirakçılara 25 sualı cavablandırmaq üçün 30 dəqiqə vaxt verilib.

Qeyd edək ki, təlimləri “Təhsildə innovativ texnologiyalar, Əlavə təhsil mərkəzi" həyata keçirib. Təlimlərin keçirilməsində əsas məqsəd fənn müəllimləri və ibtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan istifadə bacarıqlarını inkişaf etdirmək, təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılmasıdır.