19.04.2017

“Şahmat” fənni tədris olunan pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında yarış keçirilib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş respublika şahmat festivalında iştirak etmək üçün Saatlı rayon “Şahmat” fənni tədris olunan pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında yarış keçirilib.

Yarışın keçirilməsində məqsəd “Şahmat” fənni tədris edilən pilot ümumtəhsil məktəblərində bu fənnin mənimsənilmə səviyyəsini artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etmək, istedadlı şahmatçıları aşkar etmək şagirdlər arasında dostluq və idman əlaqələrini möhkəmləndirməkdir.

Yarış şəxsi və komanda xarakteri daşıyır. İştirakçı komandaların tərkibi II-IV siniflər üzrə 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarət olmalıdır. Komandanın ümumi xalı, hər bir komanda üzvünün (6 nəfər) topladığı xalların cəmindən ibarət olacaqdır.

Yarışda 8 pilot məktəb -  şəhər 1, 2 nömrəli tam orta, Varxankənd, Gomuşçu, Sarıcalar, Cəfərxan, Qırağlı kənd tam orta və Bəylər kənd ümumi orta məktəblərin şagirdləri iştirak edib.

Komandalar üzrə I yerə Varxankənd tam orta, II yerə Sarıcalar kənd tam orta və III yerə şəhər 2 nömrəli tam orta məktəb sahib olub.

Şəxsi nəticlərinə görə isə ilk 3 yeri aşağıdakı iştirakçılar tutub:

Oğlanlar

Qızlar

I

Təbriz Şamxalov

Sarıcalar k.t.o.m

Aytac Mirzəyeva

Şəhər 2N t.o.m

II

Azad Kərimov

Varxankənd t.o.m

Leyla Səfərova

Varxankənd t.o.m

III

Cəsur Yəhyayev

Varxankənd t.o.m

Zəhra Şıxıyeva

Varxankənd t.o.m