14.02.2017

Təhsil Şöbəsində  kitabxanaçıların iclası keçirilib

Fevralın 13-də Saatlı Rayon Təhsil Şöbəsində kitabxanaçıların iclası keçirilib. İclasda Respublika Elmi Pedaqoji Kitabxanasının mühəndis-proqramçısı Gülər Əhmədova və kitabxanaçılar iştirak ediblər. 

Seminar-iclasda   Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi  "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"-nin kitabxanaçılara təqdimatı keçirilib. İclasda  kitabxanaçıların kompyuterdən istifadəsi , elektron resursların yaradılması müzakirə olunub.

Qeyd olunub ki, gənc oxucuları yeni ədəbiyyatlar haqqında müntəzəm məlumatlandırmaq  və onları daha çox bədii ədəbiyyata marağı artırmaq lazımdır.

Sonda  Gülər Əhmədova  iclas iştirakçılarının suallarını cavabladırıb və onlara öz tövsiyələrini verib.