1965-cü ildə rayonun digər təşkilatları ilə yanaşı Saatlı Rayon Maarif Şöbəsi yaradılmışdır. Ötən dövrdən hal-hazıra kimi rayonda təhsil sahəsi inkişaf etmiş, ümumtəhsil məktəblərin sayı 49-ə çatmışdır. 2015-2016-cı dərs ilində rayonun məktəblərində 758 sinif komplektində 12711 nəfər şagird təhsilə cəlb edilmişdir. Bu qədər şagirdin təlim-tərbiyəsi ilə 1300 nəfər müəllim məşğul olur. RTŞ nəzdində 3 məktəbdənkənar müəssisə  fəaliyyət göstərir.