Kazımov Seyidağa Rza oğlu

Müdir

 

15 may 1955-ci ildə Saatlı rayonu Aşağı Hacıqasımlı kəndində  anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunun  tarix fakültəsinə daxil olub, 1975-ci ildə həmin institutu bitirib.

15 avqust 1975-ci ildən 01 sentyabr 1978-ci ilə kimi Saatlı rayonu Ağarəhimli kənd səkkizillik məktəbində tarix müəllimi, 01 sentyabr 1978-ci ildən 1980-cı ilə kimi Saatlı rayon səkkizillik məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini, 30 sentyabr  1980-ci ildən 27 avqust 1985-ci ilə kimi Saatlı şəhər 3 saylı tam orta məktəbində direktor, 26 avqust 1985-ci ildən 30 yanvar 1988-ci ilə kimi Azərbaycan Kommunist Partiyasının Saatlı rayon komitəsinin təbliğat-təşviqat şöbəsində təlimatçı, 14 sentyabr 1990-cı ilə kimi AKP Saatlı rayon komitəsi  siyasi maarif kabinetinin müdiri, 14 senyabr 1990-ci ildən 16 sentiyabr 1991-ci ilə kimi AKP Saatlı rayon komitəsi ideologi şöbəsinin müdiri vəzifəsində işləyib.05avqust 1991-ci ildən 13 avqust 1993-cü ilə kimi Saatlı rayon İcra Hakimiyyəti başçısının  müavini-humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsində işləyib.

15 avqust 1993-cü ildən 30 sentyabr 1996-cı ilə kimi Saatlı rayon Rabitə qovşağında poçt üzrə mühəndis,30 sentyabr 1996-cı ildən 30 mart 2001-ci ilə kimi Saatlı rayon Poçtamtının rəisi vəzifəsində işləyib.

10 aprel 2001-ci ildən 18-noyabr 2003-cü ilə kimi saatlı Rayon İcra Hakimiyyəti başçısının aparatında təhsil,səhiyyə və mədəniyyət üzrə şöbənin referantı vəzifəsində işləyib.

18 noyabr 2003-cü ildən 02 oktyabr 2006-cı ilə kimi Şəhər 3 saylı tam orta məktəbin direktoru işləmiş və fevral 2006-cı il tarixdən Saatlı rayon Təhsil şöbəsində metodik kabinetin müdiri vəzifəsində işləyib.

01 aprel 2016-ci ildən Təhsil şöbəsinin müdiri vəzifəsində işləyir.