21.02.2020

21 fevral- Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilib

Saatlı rayon Varxankənd kənd tam orta məktəbdə 21 fevral- Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə məktəbin müəllim və şagird kollektivi  iştirak ediblər. Çıxış edənlər fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd edilməsinin tarixindən danışıblar. Qeyd edilib ki, dilimizin inkişafında və saflığının qorunmasında müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Vurğulanıb ki, cəmiyyət mədəniyyəti qoruyarsa, mədəniyyət də cəmiyyəti xilas edər.

Tədbirdə şagirdlər ana dilimizin gözəlliyini tərənnüm edən müxtəlif şeirlər səsləndirib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.


Açar sözlər: ,