23.01.2020

432 şagird yerlik yeni məktəb binası inşa olunur

Saatlı rayon Orta Muğan kənd tam orta məktəb üçün 432 şagird yerlik yeni bina inşa olunur.

Məktəbin binası  1974-cü ildə tikilib və indiyədək təmir olunmayıb. Bina yarasız halda olduğu üçün yeni bina tikilir.

Təhsil Nazirliyinin sifarişi ilə tikilən bina iki mərtəbəlidir. Yeni məktəb binası Heydər Əliyev fondu hesabına tikilir. Müasir arxitektura üslubunda inşa olunan təhsil ocağında tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılacaq. Binada 21 sinif otağı 3 laboratoriya, 1 hərbi otağı, 1 tibb otağı, idman zalı istifadəyə veriləcək. Məktəb müasir istilik sistemi ilə təchiz olunur.  Binanın bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. İlin sonuna kimi bina istifadəyə veriləcək.


Açar sözlər: ,