21.01.2020

"Sifət.Əlamət bildirən sözlər" mövzusunda "Açıq dərs" keçirilib

Nəsimikənd kənd tam orta məktəbdə İbtidai sinif müəllimi Mahuparə Kişiyevanın "Sifət.Əlamət bildirən sözlər" mövzusunda "Açıq dərs" keçirilib. 3c sinfinin "Açıq dərs"ində dərs hissə müdiri ve müəllim kollektivi iştirak edib.

Dərs qruplarla və fərdi iş formasında ,beyin həmləsi,BİBÖ iş üsulunda təşkil edilib .

Motivasiya mərhələsində M.İbrahimovun şəkli proyektorla monitorda göstərilib,ona aid xarici əlamətlər və daxili keyfiyyətlər şagirdlər tərəfindən sadalanıb və suallar verilərək mövzuya başlanılıb.

Tədqiqatın aparılması və müzakirəsi mərhələsində "Sifət nəyə deyilir ?Əlamət və keyfiyyət bildirən sözlər hansılardır?" sualları verildi .BİBÖ vasitəsilə sifət haqqında bildiklərimiz və nəyi bilmək istədiklərimiz qeyd olundu və qrup işləri paylandı.

Ümumiləşdirmə və nəticə mərhələsində "BİBÖ"nün "Öyrəndim" mərhələsi yerinə yetirildi və müəllimin hazırladığı meyarlar əsasında qiymətləndirmə aparıldı.


Açar sözlər: ,  ,  ,