17.01.2020

20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə anım tədbirləri keçirilir

Saatlı rayon ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə anım tədbirləri keçirilir.

Məktəblərdə şagirdlər tərəfindən 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş kompozisiyalar nümayiş etdirilib. Anım tədbirləri çərçivəsində məktəblərdə, həmçinin “Açıq dərs”lər, rəsm, inşa-yazı, şeir müsabiqələri, şagird təqdimatları keçirilir.

Tədbirlərin keçirilməsində əsas məqsəd məktəblilərə 30 il öncə Azərbaycan xalqına qarşı törədilmiş cinayətin əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı olmasını çatdırmaq, bütün vəhşiliklər qarşısında Azərbaycan xalqının mübarizə əzminin heç zaman qırılmadığını xatırlatmaq və 20 Yanvar şəhidlərinin xatirəsinin hüzn və hörmətlə anılmasıdır.


Açar sözlər: ,  ,